|
|
| Elçin Rüstəmli Bizim Avropa Şurası… | ![]() |
| Məmməd Süleymanov Foto şantajı | ![]() |
| Gülnarə RƏFİQ Ləpədöyəndə xərcəng də balıqdı | ![]() |
| Hüseyn BAKUVİ Ağlımıza qar yağır | ![]() |
| Qadir İBRAHİMLİ Meyvə böhranı | ![]() |
| İlhamiyyə RZAYEVA, Həmid HERISÇİ BİZİM XALÇA | ![]() |
| Ramin Əli Vacib iqtisadi tərəfdaş | ![]() |
| Səxavət ƏLİSOY İrana sevgimizin səbəbi | ![]() |
| Seymur Əlioğlu Qar və qadın | ![]() |
| Cəlal YAQUBOĞLU İbrət dərsi... | ![]() |
| Vahid QAZI İntibah təməlçiləri | ![]() |
07 -11 -2009 . Münfislər yazarlara sərt cavab verdi
«Milli Kitab Mükafatı» ətrafında mübahisə böyüyür
Rəşad Məcid: «Əsərləri münsiflər heyəti yox, onlardan əvvəl ekspertlər şurası araşdıracaq » Yazıçılar Birliyinin katibi və 525-ci qəzetin baş redaktoru Rəşad Məcid yazarların səsləndirdiyi iradlarla razılaşmadı. R. Məcid bildirdi ki, müsabiqənin təsisçisi “Əli və Nino” nəşriyyat evinin sahibəsi Nigar Köçərlidir və həmin xanım çox hörmətə laiq iş görüb ki, paytaxda kitab mağazaları yaradıb: “Düzdür, bəziləri deyirlər ki, bu kitab mağazalarında daha çox rusdilli kitablar var. Ancaq yenə də belə mağazaların yaradılmasını dəstəkləmək lazmıdır. Elə bu irada görə də Nigar xanım məhz Azərbaycanda kitab işinin təşkilinə və inkişafına nail olmaq üçün «Milli Kitab Mükafatı» ideyasını irəli sürüb”. Münsiflər heyyətinin tərkibinə gəlincə, R. Məcid əlavə etdi ki, Nigar xanım daha nüfuzlu şəxsləri münsif kimi görmək istəyib: “Ancaq iş münsiflər heyyəti ilə yekunlaşmır. Münsiflərdən öncə orda bir ekspertlər şurası da olacaq ki, həmin şuraı göndərilən əsərlərə baxacaq və onların içindən ən yaxşılarını seçib münsiflər heyyətinə təqdim edəcək. Yəni münsiflərin müsabiqədə rolu sonda ekspertlər şurasının seçdiyi 10 əsəri qiymətləndirmək olacaq. Hər halda bu mükafatı təssis edən özəl bir strukturdur və hesab edirəm ki, indidən nəyəsə narazılıq etməyin yeri deyil”. R. Məcid onu da əlavə etdi ki, müsabiqənin nəticəsinin ürəkaçan olacağını düşünür”. Elçin Şıxlı: «Gənc yazarlar məni də rusdilli sayırlarsa, onların heç nədən xəbərləri yoxdur» Müsabiqənin digər bir münfisi Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə “Bizim Yol” açıqlaqmasında bildirdi ki, əgər yazarlar münsif heyyətindən narazıdırsa onda özləri müsabiqə təşkil edib münsif heyyəti yaratsınlar: “Bu mükafat gənc yazarlar üçün təyin olunmayıb. Sadəcə, son 10 il ərzində əsər yaradan şəxslər müsabiqəyə qatıla bilər. Digər bir məsələ isə münsif hansı dilli olursa olsun əgər sənin ədəbiyytadan başın çıxırsa, deməli qiymətini alacaqsan. Ədəbiyyatdan başın çıxmırsa münsifi bəhanə gətirməyin yeri yoxdur. Çünki münsifin qiymət verə bilməsi üçün onun rusdilli olub olmaması lazım deyil. Əgər məni rusdilli sayırlarsa, onda görünür həmin şəxslərin heç nədən xəbərləri yoxdur”. Oxunub: 319 dəfə. |







































