Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . İstirahət mərkəzində qan töküldü

Nabranda polis mayoru bıçaqlandı

Özünə qəsdən daha iki nəfər isə dünyasını dəyişib

Xaçmazın rayonunun Nabran qəsəbəsində polis əməkdaşı bıçaqlanıb. Bıçaqlanan Qusar polis şöbəsinin, Həzrə bölməsinin əməkdaşı 1959-cu il təvəllüdlü Fazil Həqqi oğlu Nurullayevdir. Yaralı dərhal Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinin həkimi Rais Həsənovun verdiyi məlumata görə, polis əməkdaşı qarının ön divarının daxilinə keçən bıçaq yarası və daxili qanaxma diaqnozu ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat edilib. Hazırda reanimasiyada olan F.Nurullayevin vəziyyəti orta ağırdır.
Yalama polis bölməsindən verilən məlumata görə, hadisə dəniz kənarında, istirahət mərkəzində olub. Polisi bıçaqlayan isə Qusar rayonu Xürel kənd sakini Pirvahid Şıxməd oğlu Sərkərovdur. O artıq saxlanılıb.
Göygöl rayonununda da intihar olayı baş verib. 49 yaşlı Cəmilə Qədim qızı Məmmədova sirkə içərək intihar edib. Cəmilə Məmmədovanın əsəb problemlərinin olduğu bildirilir. O, əvvəllər də bir neçə dəfə oxşar yollarla özünü öldürməyə cəhd göstərib.




Oxunub: 94 dəfə.