Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Türkiyə sirar edir, Azərbaycan susur

Zəfər Çağlayan da viza rejiminin ləğv olunması üçün çalışdığını deyib

Türkiyənin dövlət naziri Zəfər Çağlayan Azərbaycana səfəri çərçivəsində Bakıda müvafiq dövlət qurumları ilə Türkiyə vətəndaşlarına tətbiq olunan viza rejiminin aradan qaldırılması istiqamətində müzakirələr aparır.
APA-nın məlumatına görə, Z. Çağlayan jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Türkiyənin dünyanın 62 ölkəsi ilə vizasız gediş-gəliş müqaviləsi var. Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdiklərini deyən dövlət naziri Azərbaycan tərəfinin də eyni addımı atmasının müsbət olacağını söyləyib: “Bu məsələ gələn ay Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri zamanı da müzakirə ediləcək. Bu səfər çərçivəsində viza rejiminin ləğv olunacağına ümid bəsləyirəm”.




Oxunub: 116 dəfə.