Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Daha bir duz istehsalçısı cərimələnib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Abşeron rayonunun Novxanı kəndində yerləşən «Kristal-N» firmasında duz istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb.

Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib. Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Komitənin dövlət nəzarəti aparılması barədə müvafiq sərəncamına əsasən «Kristal-N» firmasında istehsal zamanı müəssisə rəhbərliyi tərəfindən mövcud qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb. Bu və aşkar olunmuş digər nöqsanlarla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 317.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib olunub, müəssisəyə cərimə tətbiq edilib.




Oxunub: 42 dəfə.