Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Məşhur şirkət cərimələndi

«Avto Baku in Gründüng Ltd.» şirkətinə qadağa qoyulub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Teymur Əliyev,54 ünvanında yerləşən «Avto Baku in Gründüng Ltd.» MMC-yə məxsus ticarət müəssisəsində araşdırma aparıblar.
Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu və digərləri yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədib və həmin məqsədlə onların qanuni tələblərini yerinə yetirməyiblər. Bununla əlaqədar, İnzibati Xətalar Məcəlləsinin 317.1 maddəsinə əsasən  üəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunub, müəssisə rəhbəri 4 min manat məbləğində cərimə olunub. Bununla yanaşı, müəssisə tərəfindən idxal olunan və keyfiyyəti, təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların əsmiləşdirilməməsi barədə məktub Dövlət Gömrük Komitəsinə göndərilib.




Oxunub: 34 dəfə.