Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . İranda daşqalaq əleyhdarı yoxa çıxıb

Təbrizli  məhbusə Səkinə Aşdiyaninin vəkili ifadə verib çıxandan sonra itib

İranda barəsində daşqalaq qərarı verilən bir qadının hüquqi müstəvidə müdafiəsini həyata keçirən vəkilin yoxa çıxması barədə məlumat verilib. O, zina etməkdə təqsirli bilinən iki uşaq anası Sakinə Məhəmmədi Aşdiyaninin hüquqlarını müdafiə edirdi. Milliyyətcə azəri türkü olan Aşdiyani dörd ildir Təbrizdə həbsxanada saxlanır. Amnesty İnternational  təşkilatının yaydığı məlumata görə, vəkil Məhəmməd Mustafayi şənbə günü Tahrandakı Evin həbsxanasına ifadə verməyə çağırılıb, oradan çıxandan sonra itib. Təşkilat İranı vəkil Mustafayini vəzifəsini icra etməsi üzündən haqsız yerə aradan götürməkdə günahlandırıb. İranın hakimiyyət orqanları vəkilin yoxa çıxmasının ardından yaxın qohumlarından ikisini də həbs ediblər. Mustafayi İranın ədliyyə sistemini yüksək səslə tənqid etməsi ilə tanınır. Onun müdafiə etdiyi insanlar arasında 18 yaşından kiçik şübhəlilərlə yanaşı, siyasi məhbuslar və daşqalaq şübhəliləri də var. Vəkilin səyləri ilə Aşdiyani haqqında çıxarılmış daşqalaq qərarı bu ayın əvvəllərində ləğv edilmişdi. Amma onun barəsində asılaraq edam olunmaq təhlükəsi hələ də qüvvədədir. Bu qadının müdafiəsi üçün dünyanın bir çox ölkələrində dəstək nümayişləri keçirilib. BBC-nin Qahirədəki müxbiri Con Leyn xəbər verir ki, Aşdiyaniyə ünvanlı dəstək nümayişləri İranın hakimiyyət orqanlarını əsəbiləşdirir və onlar qadının sərbəst buraxılması üçün kampaniya aparan oğluna qarşı da təzyiqlər həyata keçirirlər.
Şahin




Oxunub: 64 dəfə.