Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Baş prokuror hüquq müdafiəçiləri ilə görüşdü

Monitoriq Qrupunun üzvləri Zakir Qaralova minnətdarlıq bildiriblər

Dünən baş prokuror Zakir Qaralov Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlını qəbul edib.
APA-nın Baş Prokurorluğun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, baş prokuror ilk növbədə prokurorluq orqanları ilə hüquq müdafiəçiləri arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etməklə bu əlaqələrin yalnız insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına xidmət etdiyini xüsusi vurğulayıb. Hüquq müdafiəçiləri qarşılıqlı səmərəli əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatlar və görülən işləri təqdirəlayiq hesab etməklə, insan haqlarının müdafiəsi sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Hüquq müdafiəçiləri onları maraqlandıran bir sıra məsələlər, o cümlədən Monitorinq Qrupuna daxil olan müraciətləri baş prokurorun nəzərinə çatdırıblar.
Baş prokuror öz növbəsində həmin məsələlərin nəzarətə götürülməklə qısa müddət ərzində araşdırılacağını və qanuna müvafiq tədbirlər görüləcəyini bildirib.




Oxunub: 49 dəfə.