Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Qlobal istiləşmə bəşəriyyti təhdid edir

«İqlimin  vəziyyəti» hesabatı: «İstiləşmə prosesi sahil şəhərlərinə, infrastruktura, su təchizatına, sağlamlıq və əkinçiliyə təhlükə törədir»
Vaşinqtonda «İqlimin vəziyyəti» illik hesabatı açıqlanıb. Sənəddə iqlimlə bağlı yer alan əhəmiyyətli göstəricilər qlobal istiləşmənin davam etdiyini və son on ilin ən isti dövr olduğunu göstərir. 48 ölkədən 300-dən çox elm adamının hazırladığı hesabatda havanın hərarəti, suyun buxarlanma nisbəti, dəniz səthinin və okean üzərində havanın hərarəti, qar qalınlığı və buzlaqlar kimi göstəricilərin araşdırılmasından ortaya çıxan nəticələr qlobal istiləşmənin davam etməkdə olduğunu təsdiqləyib. Hesabatda 1980-ci, 1990-cı və 2000-ci illər müqayisə olunub və son 10 ilin ən isti dövr olduğu aşkarlanıb və davam edən istiləşmə prosesinin sahil şəhərlərinə, infrastruktura, su təchizatına, sağlamlıq və əkinçiliyə təhlükə törətdiyi iddia edilib. Son 50 ildə istiliyin orta hesabla 0,55 dərəcə artması üzündən dünyanın xeyli dəyişdiyini qeyd edən hesabatda buzlaqların əridiyi, şiddətli yağmurların çoxaldığı, isti hava dalğalarının daha da intensivləşdiyi vurğulanıb.
Şahin




Oxunub: 64 dəfə.