Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . «Bahaşama üçün əsas yoxdur»

«Azərbaycan Dəmir Yolları» bərbad gündə olan xidməti yaxşılaşdırmaq əvəzinə qiymət artımından bəhs edir 

Akif Nəsirli: «İndiki şəraitdə qiymət 50 faiz də qalxsa, xidmət səviyyəsi eyni vəziyyətdə qalacaq»


Xəbər verdiyimiz kim, ölkə daxilində hərəkət edən qatarlara biletlərin qiyməti qalxa bilər. Bu haqda məlumatı «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bildirib. Sədr deyib ki, dəmir yolu nəqliyyatında tariflərin artırılacağı ilə bağlı məlumatların yayılmasını təbii qarşılamaq lazımdır. O hesab edir ki, dəmir yolunda daşıma tarifləri aşağıdır: «Amma ölkədə tarifləri əlaqədar qurumlar müəyyən edir. Biz, xüsusilə də sərnişin daşınmasındə tariflərin artırılması ilə bağlı təkliflərimizi vermişik və reallaşacağı təqdirdə bu təkliflər bütün istiqamətləri əhatə edəcək».
Qeyd edək ki, qurum ötən il də Tarif Şurasına belə bir qərarla müraciət etmişdi.  Lakin Şura qərara baxdıqdan sonra onu əsaslı saymamışdı.
Hazırda dəmir yolunda gediş haqqı biletinin orta qiyməti 5,5 manat təşkil edir. Lakin sərnişinlər bu qiymətə görə normal xidmət görə bilmir. Vaqonların təchizatı bərbad vəziyyətdədir, əksər vaxtlarda bilet qıtlığı yaranır.
Maraqlıdır ki, Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti xidmətlərin keyfiyyətinin yaxşılaşdırıolması barədə addımlar atmır. Amma ilk növbədə qiymətlərin bahaşadırılmasını istəyir. O, zamn qiymətin hansı əsaslarla artırlacağı şübhə doğruru. Şübhəsiz ki, təklif qəbul olunarsa, dövlət vətəndaşların marağını yox, inhisarçı ASC-nin mənafelərindən çıxışı edəcək.
İqtisadçı Akif Nəsirli deyir ki, Azərbaycanın dəmir yollarında qiymətlər ötən il 1 manat bahalaşıb: «Dünya qatarlar ən ucuz nəqliyyat növü sayılır. Burada ən sürətli, sualtı qatarlardan söhbət getmir. 1 il bundan əvvəl də sözügedən qurum bəyaq etdi ki, çatışmazlıq var, qiymətlər uyğun gəlmir. Bununla bağlı Tarif Şurasına da müracət olundu. Şura biletlərin qiymətini bahalaşdırmasa da, «qastina» xidməti üçün biletə1 manat əlavə olundu. Bununla, əsində, biletin qiyməti 1 manat qalxmaqla 40 faiz bahalaşdı. Sonra bəyan etdilər ki, bu tariflə işləmək onlara sərf edir. Maraqlıdır ki, 1 ildə yeni nə dəyişib? İl ərzində inflyasiya cəmi 4-5 faiz olub. Nəqiyyat xərcləri arasında enerji daşıyıcılarının qiyməti  qalxmayıb». Akif Nəsirli Tarif Şurasına müracətini əsassız sayır: «Bunun tamamilə, iqtisadi əsasları yoxdur. Digər tərəfdən dəmir yolu özəlləşdirilməyib, dotasiyası ilə işləyir. Əhalinin sosial vəziyyəti nəzərə alınmalıdır. Əgər etiraf edirlər ki, əhalinin 11 faizi kasıblıq həddindən aşağı yaşayır, ünvanlı sosial yardım almaq üçün 800 min insan müracəit edibsə, deməli bu qədər insanın 65 manata ehtiyacı var, o zaman dəmir yolunda qiymətləri qaldırmağa mənəvi haqları yoxdur». Ekspertin sözlərinə görə, idarə mənfəətlə işləməsə də, kəsir qalan hissəni dövlət dotasiya hesabına ödəyir: «Tarif Şurası məsələyə real münasibət göstərsə, təklifi qəbul etməyəcək.
Özəl şirkətlər xidmətləri yüksəltmək üçün tarifləri bahalaşdırır. Əvvəl xidməti yüksəldir, ondan sonra buna uyğun qiymət tələbi qoyur. Amma ölkə ərazisində fəaliyyət göstərən qatarlara baxanda, orada səfər etməyə ehtiyat edirsən. Xidmət səviyyəsi çox aşağıdır. Səviyyəni qaldırmaq üçün qiymətləri bahalaşdırmaq, dövlət şirkəti üçün çətindir. Bunun üçün dəmir yolu xətti özəlləşdirilməlidir, ondan sonra qiymətlə xidmət arasında təsir mexanizmi işləyə bilər. Yoxsa, indiki şəraitdə qiymətləri 50 faiz də qaldırsalar, xidmət səviyyəsi eyni vəziyyətdə qalacaq».

Vüsalə RÜSTƏMOVA




Oxunub: 70 dəfə.