Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

29 -07 -2010 . «Kosova Qarabağ üçün presedent ola bilməz»

Qüdrət Həsənquliyev: «Rusiya nə qədər ki, seperatizmi qızışdırır, bir o qədər də özü seperatizmdən əziyyət çəkəcək»


Beynəlxalq Haaqa Məhkəməsinin Kosova ilə bağlı qəbul etdiyi qərardan sonra Ermənistan bu tipli qərarın Dağlıq Qarabağla bağlı da çıxarılması üçün fəaliyyətə başlayıb. Artıq erməni mətbuatında bununla bağlı ciddi müzakirələr açılıb. Azərbaycan ictimaiyyəti də Dağlıq Qarabağla bağlı da belə qərarların qəbul ediləcəyindən narahatdır.
Millət vəkili Qüdrət Həsənquliyev qəzetimizə bildirib ki, Kosova ilə bağlı Haaqa Məhkəməsinin qəbul etdiyi qərar Azərbaycan üçün president ola bilməz: «Hər münaqişənin özünün yaranma səbəbləri, həlli yolları var, eyni zamanda tarixi ədalət məsələsi də yaddan çıxmamalıdır. Azərbaycanda hamı bilir və beynəlxalq ictimaiyyət də maraqlana bilər ki, Xankəndinə Stepanakert adı nə vaxt verilib. Beynəxalq ictimaiyyət üçün onu da araşdırmaq çətin deyil ki,ermənilər tarixi Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa nə vaxt köçüblər, orada nə qədər erməni yaşayır. O da aydınlaşdırılmalıdır ki, oradakı seperatizm müstəqil dövlət qurmağa yönəlibmi? Əlbəttə yox. Hətta Ermənistan Ali Sovetinin Dağlıq Qarabağın bu dövlətə birləşdirilməsi ilə bağlı qərarı da var. Bu faktın özü göstərir ki, müstəqil dövlət qurmaqdan söhbət gedə bilməz. Sadəcə bir dövlətin başqa bir dövlətin ərazisini işğal edib özünə birləşdirməsindən danışmaq olar. Çox yaxın tarixdə baş vermiş hadisələri nə danmaq, nə də yüz illər öncə olmuş tarixi faktları inkar etmək mümkündür». Q.Həsənquliyev hesab edir ki, Dağlıq Qarabağda baş verənlər olduğu kimi çatdırılmalıdır: «Kosova ilə bağlı qəbul edilən qərarlar dünyada seperatizmi stimullaşdıran addımlardır.
«Hə qədər ki, Rusiya seperatizmi qızışdırır, bir o qədər də seperatizmdən əziyyət çəkəcək».

Pərviz  Həşimli




Oxunub: 53 dəfə.